Co Bayden son xaricə səfərini ləğv edir

Co Bayden Romaya getməyəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib ki, Co Bayden Los-Ancelesdən Vaşinqtona qayıdan və yanğına cavab verən rəsmilərlə görüşə getdiyi zaman səfəri ləğv etmək qərarına gəlib.

ABŞ prezidenti Bayden Los-Ancelesdə verdiyi açıqlamada onun administrasiyasının bu yanğınlara nəzarət etmək və yenidənqurma işlərinə kömək etmək üçün lazım olan hər şeyi etməyə hazır olduğunu bildirib.

 

 

Orxan Saffari

Gununsesi.info