Baydenin də evi kül oldu

  • By Günel
  • 09 Yanvar 2025 19:59

ABŞ Prezidenti Co Baydenin oğlu Hunterin Malibudakı evi Kaliforniyada tüğyan edən yanğınlar nəticəsində tamamilə yanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Deyli Meyl” qəzeti məlumat yayıb.

Bildirilib ki, 4 milyon dollarlıq mülkdən qalan yalnız iki tüstü bacasıdır.

Yanğın nəticəsində təhlükəsizlik xidməti əməkdaşlarının yerləşdirilməsi üçün istifadə edilən yaxınlıqdakı ev də məhv olub.

Qeyd edək ki, m​​​​​​eşə yanğını yanvarın 7-də Los-Ancelesdə Santa-Monika və Malibu arasında yerləşən Pasifik-Paliseyds sahil rayonunda başlayıb. Artıq ABŞ Prezidenti Co Bayden Kaliforniyada fövqəladə vəziyyət elan edib.

Təbii fəlakət zamanı bir çox Hollivud ulduzlarının da malikanələrinin yandığı deyilir.

Gununsesi.info