Naxçıvanda magistral xətdə qəza şəhərin bir çox ərazisini susuz qoydu - FOTOLAR

  • By Günel
  • 09 Yanvar 2025 23:10

Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsindən keçən diametri 355 millimetr olan əsas magistral xəttində qəza baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, qəzaya səbəb boru xəttinin uzun müddət istismar edilməsi olduğu ehtimal olunur.

Borunun partlaması nəticəsində şəhərin əksər ərazilarinə suyun verilişi dayandırılıb.

Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.