Dövlət qurumu 450 min manata 4 ədəd maşın alıb

  • By Günel
  • 09 Yanvar 2025 21:19

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” (AQTİ) xidməti avtomobillərin alınması üçün 448 min manat ödəyib.

Gununsesi.info xəbər verir ki, qurumun elan etdiyi tenderin qalibi “LEXUS-BAKI” MMC olub. AQTİ bu şirkətdən 4 xidməti avtomobil alıb.

Xatırladaq ki, idarə heyətinə Əli Nəbiyevin sədrlik etdiyi institutun fəaliyyətinin əsas məqsədi əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir.

Gununsesi.info