Tonoyan həbsdə qalaçaq..

  • By ilhame
  • 15 Oktyabr 2021 21:42

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbsxanada qalacaq.

Gununsesi. info xəbər verir ki, bu barədə News.am-a onun vəkili Avetik Karapetyan danışıb.

O bildirib ki, buna səbəb Ermənistan Apellyasiya Məhkəməsinin keçmiş müdafiə nazirinə qarşı həbs-qətimkan tədbirinin dəyişdirilməsi iddiasını rədd etməsidir.

Vəkil qeyd edib ki, o və Tonoyanın digər vəkilləri məhkəmə qərarı ilə tanış olmayıblar:

“Çox güman ki, qərardan şikayət verəcəyik”.

Gununsesi. info