
Cəmiyyət varsa, cinayət də qaçılmazdır. Əsas olan cinayətlərin cəzasız qalmamsıdır. Etiraf edək ki, Azərbaycanda da cinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanlarının prinsipiallığı var.
Gununsesi.info məhkəmə hökmlərinə istinadən apardığı monitorinqdə ölkədə ən çox baş verən cinayətləri araşdırıb.
Araşdırma zamanı cinayət törədən şəxslərin siyasi mənsubiyyəti ilə yanaşı, həm də ən çox törədilən cinayətin sayı da nəzərə alınıb.
Məlum olub ki, Azərbaycanda ölümlə nəticələnən və öldürməyə yönələn cinayətlər çoxluq təşkil edir. Bu cinayətlərin təhlili zamanı bəlli olub ki, ittiham olunanlar əsasən ali təhsili olmayan, kriminal mühitdə yaşayanlardır. Bu cinayətlərin statistikası göstərir ki, baş verən məkan daha çox Gəncə bölgəsinə daxildir.
Basqın və hədə qorxu cinayətlərində isə ittiham olunanlar da gənclər təşkil edib. Bu cinayətləri törədən şəxslərin çoxluğunu Bakı şəhəri təşkil edir.
Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar əməllərə görə, həbsxanalarda xeyli insan cəza çəkir. Bu cinayətləri törədən şəxslərin əksəriyyəti isə cənub bölgəsinin payına düşür. Cəlilabad və Biləsuvar rayonları cənub bölgəsində həbsdə olan sakininə görə liderdir.
Azərbaycanda hər il sürətlə artan cinayətlərdən biri də dələduzluq cinayətləridir. Araşdırma zamanı bəlli olub ki, bu cinayətləri törədənlərin əksəriyyəti ali təhsilli və partiya mənsublarıdır.
Başqalarının etibarından sui-istifad etməklə törədilən bu əməllərə görə, ölkədə minlərlə vətəndaş zərər çəkib. Bu əməllərlə bağlı ittiham aktlarında dələduzluq edən şəxslərin hakim Yeni Azərbaycan Partiyasının üzvü olmaları diqqəti çəkir. Görünür, insanları inandırmaq üçün hakim partiyanın adından istifadə etmək dələduzlar üçün vacib məqamdır.
Keçmiş sovet ölkəsi olan Azərbaycanda insanlar yaxınlarının işə təyin olunması, ali məktəbə qəbulu, hansısa inzibati orqandakı probleminin həlli üçün rüşvət verməkdə maraqlıdır.
Ona görə də bu tip insanlar adətən dələduzların qurbanına çevrilir.
Son illər cinayətlərin dinamikasında artımla müşahidə edilən iqdisadi cinayətlərə aid olan dələduzluq cinayətlərinin qarşısının almasında profilaktikanın və maarifləndirmə işinin gücləndirilməsinə böyük ehtiyac var.
Elmar Elnuroğlu
Gununsesi.info