18 oktyabr iş günü hesab olunacaq

  • By ilhame
  • 15 Oktyabr 2021 21:52

Dövlət Xidməti: 28 May qeyri-iş günü, 18 Oktyabr iş günü olacaq

Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətinin rəhbəri Aynur Osmanqızı bildirib ki, 28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

“Həmin günlər hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq”, – Dövlət Xidmətinin rəsmisi vurğulayıb.

Gununsesi. info