
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sifarişi ilə saxta ittihamla şərlənən məşhur şair Aron Atabek 15 il həbs cəzasından sonra azadlığa çıxıb.
Gununsesi.info-nun xəbəronə görə, 18 il həbsdə qalan şair indiyədək özünə azadlıq istəməyib.
Azadlıq radiosuna müsahibəsində sağlamlığında ciddi problem yaranan Atabek deyib ki, tam reabilitasiyaya ehtiyacı var:
”Vicdanlı adımın tam bərpası. Mən bir qazax samurayıyam, vəzifəm sona qədər mübarizə aparmaqdır”.
Qeyd edək ki, 2006 -cı ildə Qazaxıstan şairi Aron Atabek qanunsuz ərazilərdə evləri tikilmiş insanları qoruduğu üçün 18 il həbs cəzasına məhkum edilmişdi.
Gununsesi.info