
Sosial şəbəkələrdə Gədəbəydə olan hadisələrdən istifadə edən şəxslər var. Onlar bu məqamdan siyasi olaraq istifadə edirlər.
Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
“Onlar siyasi məqamdan çıxış edərək hadisəni daha da qabardırlar. Bundan əlavə, bəziləri odun üstünə daha çox benzin tökmək yarışına giriblər. Onlar sadəcə Gədəbəydə süni göldə süni balıq tutmağa çalışırlar. Onlar bununla dövlətimizin Şərqi Zəngəzurda apardığı işin üstünə kölgə salırlar. Bildirim ki, hadisə zamanı polisin kobud davranışı təbii ki, qəbuledilməzdir. Əminəm ki, buna hüquqi cəhətdən cavab veriləcək”, – deputat vurğulayıb.
Gununsesi.info