
ABŞ-ın keçmiş prezidenti Barak Obama CNN-ə açıqlamasında bildirib ki, Krımda yaşayan rusdillilər yarımadanın Rusiya Federasiyasına qoşulmasını 2014 -cü ildə istəyiblər.
“ 2014-cü ilin Ukraynası bu gün haqqında danışdığımız Ukrayna deyil. Krımda çoxlu rusdillilər və Rusiyanın təmsil etdiyi ideyalar haqqında anlayış var idi”.
Onun sözlərinə görə, hətta Ukrayna parlamentində də müəyyən sayda Rusiya tərəfdarları var idi və ölkə daxilində siyasət indikindən daha mürəkkəb idi.
Obama əlavə edib ki, o, o vaxtkı kansler Angela Merkellə birlikdə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək üçün “müqavimət göstərən və qışqıran” çoxlu sayda avropalıları işə cəlb etməli olub.
2014-cü ilin martında Krımda keçirilən referendumda yarımada Rusiyanın ərazi hissəsinə, Sevastopol isə federal əhəmiyyətli şəhərə çevrilmişdir deyə Obama bildirib.
Tərcümə
Şəbnəm
Gununsesi.info