
Rusiyalı komediya ustalarının İtaliyanın baş naziri Giorgia Meloni ilə telefon zarafatı onun diplomatik müşavirinin istefası ilə nəticələnib.
Gununsesi.info xəbər verir ki, baş nazirin diplomatik müşaviri, səfir Françesko Mariya Talo hadisəyə görə məsuliyyəti öz üzərinə götürərək bu gün vəzifəsini tərk edib.
İtaliyanın baş naziri Giorgia Meloni rus komediyaçıların zarafatları ilə bağlı suala belə cavab verib: “Telefon danışığının sonuna doğru bəzi şübhələrim var idi. Xüsusən də rus təbliğatının tipik mövzusu olan Ukrayna millətçiliyinin müzakirə edildiyi hissədə. Ona görə də təsdiqini istədim. Mən bu barədə diplomatik müşavirimə məlumat verdim”.
Meloni Diplomatik Müşavir Ofisinin bu hadisədə səthi və diqqətsiz yanaşma nümayiş etdirdiyini bildirib və “Diplomatik müşavir səfir Francesco Talo bu səhər istefa ərizəsini təqdim edib” deyib.
Qeyd edək ki, sentyabrın 18-də “Vovan&Lexus” kimi tanınan rusiyalı komediya ustaları Vladimir Kuznetsov və Aleksey Stolyarov İtaliyanın baş naziri Meloni ilə telefon danışığında özlərini Afrika Komissiyasının sədri kimi təqdim ediblər.
Görüşün səsyazısı noyabrın 1-də sosial şəbəkədə yerləşdirilib.
Sözügedən qeyddə Meloni “Ukraynadakı münaqişə ilə bağlı hər tərəfdə yorğunluq var. Hər kəsin çıxış yolu lazım olduğunu anlayacağı an yaxınlaşır. Problem beynəlxalq hüququ pozmadan hər iki tərəf üçün məqbul olan çıxış yolu tapmaqdır. Ukraynanın əks-hücumları gözlənildiyi kimi getmir. Onun “Bu, münaqişənin taleyini dəyişmədi” dediyi üzə çıxıb.
İtaliya Nazirlər Kabineti noyabr 1-də verdiyi yazılı açıqlama ilə hadisəni təsdiqləyib.
Gununsesi.info