
İtaliyada əlverişsiz hava şəraiti səbəbindən 6 nəfərin öldüyü bildirilib.
Gununsesi.info xəbər verir ki, İtaliyaya təsir edən yağışlı və güclü küləkli hava xüsusilə Toskana və Veneto bölgələrində sel və daşqınlara səbəb olub.
Toskana Regional Rəhbərliyinin sədri Eugenio Giani verdiyi açıqlamada daşqından ən çox təsirlənən yerlərdən biri olan Prato şəhəri Montemurloda bir nəfərin daha öldüyünü təsdiqləyib. “Bu faciəvi günün zərəri 6-ya yüksəldi”.
Baş nazir Giorgia Meloni seldən ən çox zərər görən Toskana bölgəsi üçün fəlakətin yaralarını sarmaq üçün 1 il müddətinə “fövqəladə vəziyyət” elan etdiklərini və hökumətin 5 milyon avro ayırdığını açıqlayıb.
İtaliya mətbuatında sel fəlakətində ölənlərin sayı 2 olaraq verilib.
Bildirilib ki, əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq səviyyəsi yüksək saxlanılan Toskana bölgəsində Mülki Müdafiə qrupları daşqınların qarşısını almaq üçün ailələrə qum torbaları paylayıb.
Bildirilib ki, ölkənin şimalındakı Portofino turizm kurortunda dəniz daşıb və şəhər meydanı su altında qalıb.
Əlverişsiz hava şəraiti səbəbiylə İtaliyanın Sardiniya ilə Fransanın Korsika adaları arasında bərə səfərləri dayandırılarkən, Toskana bölgəsindəki Elba adasının materik hissəsinə dəniz nəqliyyatı da kəsilib.
Bundan əlavə, Toskanada 40 min insana elektrik enerjisi verilmir.
Bisenzio çayının daşması səbəbindən bölgədə bir çox kənd təsərrüfatı sahəsi və yaşayış məntəqələri su altında qalarkən, Prato və Pistoia şəhərləri arasında dəmir yolu əlaqəsi də dayandırılıb.
Gununsesi.info