Ersin Tatar TDT-nin zirvə toplantısına niyə qatılmadı? – AÇIQLAMA

“Kuzey Kıbrıs Türk Cumhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar 3 noyabrda Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının toplantısında müşahidəçi statusunda iştirak etməli idi. Bununla bağlı aylar öncə razılıq var idi. Ancaq Ersin Tatar Astanadakı zirvə toplantısında yox idi”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O, Ersin Tatarın zirvət toplantısına dəvət edilmədiyini ehtimal edir.

“Demək, dəvət edilməyb, Mərkəzi Asiya ölkələrinin və ya ev yiyəsi Qazaxıstanın bununla bağlı müsbət qərarı olmayıb. Halbuki, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Astanadakı çıxışında KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi və tamhüquqlu üzvlüyünün vacibliyi barədə fikrini təkrarladı. Azərbaycan prezidenti İlham Əliyev də Kuzey Kıbrısın Türk Dövlətləri Təşkilatına qatılmasının tərəfdarıdır. Ancaq Mərkəzi Asiya ölkələri qərar verməyə tələsmirlər. Bu məsələ qaldı gələn ilə. Türk birliyindən danışarkən Kıbrıs türklərinin kənarda saxlanılması ədalətli deyil”, – deyə o bildirib.

Gununsesi.info