Göygöl rayonunda “Səyyar qəbul otağı” quruldu - FOTOLAR

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Göygöl rayonunda baş tutub. “Səyyar qəbul otağı”nda ümumilikdə 6 müraciət ünvanlanıb.

Müraciətlərin qeydə alındığı siyahıda fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və debitor borcun ödənilməsində köməkliyin göstərilməsi kimi istəklər yer alıb. Gəncə RQİİ-nin rəhbər şəxsləri səsləndirilən problem və təkliflər barədə aksiya iştirakçılarına ətraflı məlumat veriblər.

HTML tutorial

Daha sonra bəzi müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Gununsesi.info