
Türkiyəli aktyor Aras Bulut İynemlinin böyük qardaşı Orçun İynemli həyat yoldaşı Eda İynemliyə zorakılıq tətbiq etməsi və narkotik maddə yetişdirməsi iddiası ilə saxlanılıb. Narkotiki yetişdirmədiyini, sadəcə istifadə etdiyini deyən İynemli evdən tapılan 109,5 qram narkotik maddəni polisə təhvil verdikdən sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Gununsesi.info bildirir ki, İstanbulun Beşiktaş səmtində baş verən hadisədə aktyor Aras Bulut İynemlinin həm də aktyor olan böyük qardaşı Orçun İynemlinin həyat yoldaşı Eda İynemli ilə mübahisə edib.
Eda İynemlinin iddiasına görə, cütlük arasında mübahisə böyüdükdən sonra Orçun İynemli həyat yoldaşına qarşı zorakılıq edib. Bundan sonra Eda İynemli polisə xəbər verib və ərindən şikayət edib. Buna cavab olaraq Orçun İynemli Eda İynemlinin də zorakılığa məruz qaldığını bildirərək ona qarşı şikayət ərizəsi yazıb.
Bir-birindən şikayətçi olan cütlük ifadələri alındıqdan sonra məhkəmə orqanları tərəfindən sərbəst buraxılıb.
Hadisədən bir gün sonra cütlük arasında yenidən mübahisə düşüb. Eda İynemli əri tərəfindən zorakılığa məruz qaldığını bildirdikdən sonra polis qrupları cütlüyün yaşadığı evə gedib. Eda İynemli evinə gələn polisə ərinin narkotik yetişdirdiyini iddia edib. Aktyor Orçun İynemli narkotik becərmədiyini və sadəcə istifadəçisi olduğunu bildirib və evindən tapılan 109,5 qram narkotiki polisə təhvil verib.
Nəzarətə alınan Orçun İynemli polis bölməsində dindirilmə tamamlandıqdan sonra məhkəmə tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Gununsesi.info