Gəncədə və Tovuzda məktəbli qızlar itkin düşdü

Gəncədə və Tovuzda yeniyetmə qızlar itkin düşüb.

Gununsesi.info xəbər verir ki, Gəncə şəhəri Xətai prospektində yaşayan 2009-cu il təvəllüdlü T.Quliyeva (soyadlar şərtidir) evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Oxşar hadisə Tovuzun Aşağı Quşçu kəndində də baş verib. 2009-cu il təvəllüdlü G.Babayeva dünən səhər sata 8 radələrində yaşadığı evdən çıxıb və bird aha geri qayıtmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, itkin düşən qızların ikisi də məktəblidir.

 

Gununsesi.info