Çinin sabiq baş naziri öldü

2013-2023-cü illərdə Çinin baş naziri olmuş Li Keqiang vəfat edib.

Gununsesi.info xəbər verir ki, 68 yaşlı sabiq baş nazirin ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.

Linin bir vaxtlar ölkənin gələcək lideri olacağı təxmin edilirdi, lakin son illərdə hakimiyyəti daha da gücləndirən prezident Si Cinpin tərəfindən vəzifəsindən kənarlaşdırılıb.

Dövlət mediası bildirib ki, Li cümə axşamı qəfil infarkt keçirən zaman Şanxayda olub.

Dövlət yayımı CCTV-nin verdiyi məlumata görə, həkimlərin səylərinə baxmayaraq, cümə günü gecə yarısı ölüb.

Gununsesi.info