Rusiya, Özbəkistan və Tacikistan “Taliban”a qarşı təlimlər keçirdi

Rusiya, Özbəkistan və Tacikistanın iştirakı ilə hərbi təlimlər başa çatıb.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, artilleriya və aviasiya vasitələrinin iştirakı ilə təlimə 2,5 min hərbçi qatılıb.

Təlimlər Əfqanıstan sərhədindən 20 kilometr məsafədə keçirilib. Təlimlərdə əsas məqsəd “Taliban” qüvvələrinin mümkün təxribatlarının qarşısını almaq olacaq.