İranın vitse-prezidenti istefa verdi

İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti Möhsün Rzayi istefa verib.

Gununsesi.info xəbər verir ki, İran prezidentinin sərəncamı ilə Möhsün Rzayi İranın Ali İqtisadi Koordinasiya Şurasının katibi təyin edilib.

HTML tutorial

Qeyd edək ki, Möhsün Rzayi İran Məsləhət Şurasının katibidir. 1981-1997-ci illərdə SEPAH komandiri olub. Rzayi prezident seçkisində 3 dəfə namizədliyini irəli sürüb.