
İraq parlamentində günlərlə davam edən müzakirələr nəticəsində 3 illik büdcə təsdiqlənib.
Gununsesi.info xəbər verir ki, 5 günlük müzakirələrdən sonra təxminən 153 milyard dollarlıq büdcə deputatların səsləri ilə təsdiqlənib.
Təsdiqlənən büdcənin 14-cü maddəsi ilə bağlı Bağdadla Ərbil arasında bağlı fikir ayrılığı yaranıb. Parlamentin qəbul etdiyi bu maddəyə görə, Ərbil neft gəlirlərini hər ay mərkəzi hökumətə təhvil verəcək.
Bundan əlavə, İraq Kürd Regional Rəhbərliyinə (KRG) bağlı şəhərlər Ərbillə büdcə mübahisəsi halında büdcə ayrılması üçün birbaşa Bağdadla əlaqə saxlaya biləcək.
Qeyd edək ki, Kürdüstan Demokrat Partiyası (KDP) təsdiqlənmiş 14 cü maddənin qəbuluna qarşı çıxıb.
Biıdirilir ki, İraq hökuməti martın 13-də 2023, 2024 və 2025-ci il büdcələrini hazırlayaraq və parlamentə göndərib.
Tərcümə
Şəbnəm
Gununsesi.info