
Koronavirus infeksiyası əleyhinə istifadə edilən Çin istehsalı olan “SinoVac” peyvəndi təhlükəsiz və effektivdir.
Gununsesi.info xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinəgörə, Azərbaycanda “SinoVac” vaksinindən kütləvi şəkildə istifadə edilir.
“Həmin peyvənd effektsiz olduğu üçün 3-cü doza vaksinasiyada “Pfizer”dən istifadə edilməsi fikri yanlışdır. Şəxsən mən 3-cü doza üçün də “SinoVac ” peyvəndini vurdurmuşam. Bu, mənim seçimimdir. Bir sıra tibb işçiləri isə “Pfizer” vaksini vurdurublar. Seçim sərbəstdir. Peyvəndlərin təhlükəsizliyi ilə əlaqədar heç bir narahatlığa əsas yoxdur. Təlimatlara nəzarət edilir və vaksinasiya prosesində iştirak edən tibb işçiləri yalnız təlimatlandırıldıqdan sonra işə cəlb edilirlər”, – deyə TƏBİB rəsmisi qeyd edib.