
Qarabağdakı erməni separatçılarına məxsus hərbçilərin bir neçə gün Şuşa rayonunun Sarıbaba (ermənilər Yextsaoq deyirlər) kəndini tərk etdiyi haqda məlumat vermişdik.
Gununsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, dünəndən erməni hərbçilərin yerini rusiyalı sülhməramlılar tutub.
Bu barədə Qarabağdakı separatçılar məlumat veriblər. Bildirilib ki, rusiyalı sülhməramlıların gəlişi ilə Sarıbabada yaşayan erməni sakinlərin təhlükəsizliyi üst səviyyədə təmin olunub.
Erməni separatçılarının verdiyi digər məlumata görə, hazırda Şuşa rayonunun dörd kəndi ermənilərin nəzarətindədir. Bunlar Böyük Qaladərəsi (ermənilər Mets Şen deyirlər), Kiçik Qaladərəsi (ermənilər Xin Şen deyirlər), Sarıbaba (ermənilər Yextsaoq deyirlər) və Turşsudur (ermənilər Lisaqor dyirlər).