
Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçiriləcək.
Gununsesi.info xəbər verir ki, brifinq saat 11:00-da başlayacaq.
Məlumata görə, brifinqdə koronavirus pandemiyası ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, son günlər xəstəliyin yayılma dinamikası və karantin rejiminin sərtləşdirilməsi ilə bağlı vacib məsələlər müzakirə olunacaq.