
Amerikanın Xarici İşlər Naziri Antoni Blinken Ukraynanın Xarici İşlər Naziri Kuleba ilə telefon danışığı edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanın mövzu olduğu telefon danışığında uzun vədəli təhlükəsizlik yenilikləri və islahatları danışılıb.
Bu barədə XİN sözcüsü Mattev Miller açıqlama verib.
Miller açıqlamasında Ukraynaya edilən hücumların dəyərləndirildiyini bildirib.
Miller vurğulayıb ki, Kuleba-Blinken dialoqunda S. Ərəbistanının Ciddə şəhərindəki Ukraynada ədalətli və qalıcı barışıq haqqında edilən son görüşmələri ələ alıblar.
ABŞ-ın XİN sözcüsü ölkəsinin Rusiyaya qarşı mübarizəsində Ukraynanın müdafiəsinə dəstəyi ilə yanaşı, güclü bir Ukrayna ordusu və ehsab verə bilən müdafiə qurumlarına verdiyi dəstəyi yenidən təsdiq etdiyini bildirib.
Xatırladaq ki, S. Ərəbistanın Ciddə şəhərində Rusiya-Ukrayna böhranına həll yollarını müzakirə etmək üçün 5-6 avqustda Türkiyə də daxil, fərqli ölkələrin təmsilçilərinin iştirakı ilə keçirilən toplantıda “ünsiyyətin davam etməsi” ilə bağlı ualaşma əldə edilmişdi.
Tərcümə: Arzu