Suriyada Bəşşar Əsədə sadiq qüvvələrə məxsus helikopter vurulub.
Gununsesi.org “Anadolu”ya istinadla xəbər verir ki, hadisə Suriyanın Hələb şəhərində qeydə alınıb.
Bildirilib ki, “Mi-17” markalı helikopter zenit-raket kompleksi vasitəsilə vurulub, nəticədə iki nəfər ölüb.
Xatırladaq ki, bir neçə gün öncə müxalif qüvvələr Serakibdə rejimə məxsus daha bir helikopteri vurmuşdu.
COMMENTS