Sabah – fevralın 15-də Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxacaq.
Gununsesi.org xəbər verir ki, bununla bağlı MSK-nın iclasında müvafiq qərarlar qəbul ediləcək.
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.
Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə
– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli
– 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu
– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.
Gununsesi.org
COMMENTS