Rusiyanın Tambov vilayətində sərnişin daşıyan “Qazel” markalı mikroavtobus yük maşını ilə toqquşub.
REN.TV məlumat verir ki, toqquşmadan sonra hər iki avtomobil alışaraq yanıb.
Nəticədə mikroavtobusda olan altı sərnişin yanaraq həlak olub.
Qəzanın səbəbləri araşdırılır.
Xəbər Oxu.az saytında dərc edilib.
Gununsesi.org
COMMENTS