UEFA İngiltərənin “Mançester Siti” klubuna ağır cəza tətbiq edib.
Gununsesi.org qurumun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi iki mövsümlük avrokuboklardan kənarlaşdırılıb.
Buna klubun maliyyə feyr-pley qaydalarını pozması səbəb olub. Cəzanın 2020/2021 və 2021/20222 mövsümlərini əhatə etdiyi bildirilib.
Bundan başqa, Premyer Liqa təmsilçisi 30 milyon avro məbləğində cərimələnib.
Qeyd edək ki, “Mançester Siti”nin İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edə biləcəyi vurğulanıb.
Gununsesi.org
COMMENTS