Türkiyə Superliqasında XXII tura start verilib.
Gununsesi.org-unməlumatına görə, açılış matçı İstanbul derbisi ilə əlamətdar olub.
Çempionluğa iddia edən “Başakşəhər” liderlər qrupundan bir qədər uzaq düşən “Beşiktaş”ı qəbul edib. Matçın taleyini 1 qol həll edib. Sabiq “Beşiktaş”lı Demba Ba 51-ci dəqiqədə keçmiş komandasını cəzalandıraraq, komandasına vacib 3 xal qazandırıb. Bu, “Başakşəhər”i ən azı iki günlük də olsa, liderliyə yüksəldib.
Turun digər oyunları fevralın 15-17-si aralığında keçiriləcək.
Türkiyə Superliqası
XXII tur
14 fevral
“Başakşəhər” – “Beşiktaş” – 1:0
Demba Ba, 51
| 1 | Başakşəhər | 22 | 12 | 7 | 3 | 41-22 | 43 |
| 2 | Sivasspor | 21 | 12 | 6 | 3 | 40-24 | 42 |
| 3 | Trabzonspor | 20 | 12 | 5 | 3 | 45-20 | 41 |
| 4 | Alanyaspor | 21 | 11 | 6 | 4 | 41-20 | 39 |
| 5 | Qalatasaray | 21 | 11 | 6 | 4 | 35-17 | 39 |
| 6 | Fənərbaxça | 21 | 11 | 5 | 5 | 40-24 | 38 |
| 7 | Beşiktaş | 22 | 11 | 3 | 8 | 34-28 | 36 |
| 8 | Göztəpə | 20 | 8 | 6 | 6 | 25-22 | 30 |
| 9 | Qaziantep | 21 | 7 | 6 | 8 | 31-35 | 27 |
| 10 | Yeni Malatyaspor | 20 | 6 | 6 | 8 | 34-29 | 24 |
| 11 | Dənizlispor | 21 | 6 | 6 | 9 | 21-29 | 24 |
| 12 | Çaykur Rizəspor | 20 | 7 | 3 | 10 | 21-30 | 24 |
| 13 | Gənclərbirliyi | 21 | 5 | 6 | 10 | 30-39 | 21 |
| 14 | Konyaspor | 21 | 4 | 8 | 9 | 16-27 | 20 |
| 15 | Antalyaspor | 21 | 4 | 7 | 10 | 20-38 | 19 |
| 16 | Ankaragücü | 21 | 3 | 8 | 10 | 18-37 | 17 |
| 17 | Kasımpaşa | 21 | 4 | 4 | 13 | 28-46 | 16 |
| 18 | Kayserispor | 21 | 2 | 6 | 13 | 21-54 | 12 |
Gununsesi.org-



COMMENTS