
“Meta” şirkəti səs faylları əsasında həm yaşayan, həm də ölmüş insanların səslərini təkrarlaya bilən generativ süni zəka modeli hazırlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.
Qeyd edilir ki, “Voicebox” adlı süni zəka modeli altı dildə danışa bilir.
Modelin təsvirinə əsasən, süni zəka həm də xarici dillərdə insan səsini təqlid edə biləcək. Şirkətdən verilən məlumata görə, bu, filmlərin dublyajına kömək edəcək və internetdə məzmun yaradıcılarına videoları başqa dillərə tərcümə etməyə imkan verəcək.
“Generativ nitq modelləri üçün bir çox maraqlı istifadə halları var, lakin sui-istifadənin potensial risklərinə görə biz hazırda “Voicebox” modelini və ya kodunu dərc etmirik”, – şirkət sözçüsü bildirib.
Gununsesi.info