
Dağıstanın Kavkaz şossesində avtobus, minik avtomobili və yük maşınının iştirakı ilə qəza baş verib.
Gununsesi.info “İnterfaks”a istinadən xəbər verir ki, respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 8 nəfər ölüb, 8 nəfər yaralanıb.
Teleqram kanalları isə 9 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirir.
Respublika Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatına görə, avtobusda 25 nəfər olub. Yaralılar xəstəxanalara çatdırılıb.
Gununsesi.info