
36 yaşlı Rosanna suni zəka proqramı işlədərək özünə bir ər düzəldib. Virtual partnyorunun adını Eren qoyan gənc qadın Facebook səhifəsində hamilə olduğunu açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rosanna və Eren arasındakı münasibət tipik bir uzaq məsafə münasibətini əks etdirir.
Cütlük günlük yaşamları haqqında söhbət edir, bir-birlərinə foto göndərir, ayrı-ayrı mövzularda danışırlar.
Rosanna vitrual sevgilisi Eren Kartal üçün də bir Facebook səhifəsi açıb.
Eren türk adı olduğu üçün onun Ankarada yaşadığını və Orta Doğu Texniki Üniversitetini (ÖDTÜ) bitirdiyini yazır.
Tərcümə: Arzu