
Sumqayıtda soyğunçuluq etmiş 3 nəfər tutulub.
Gununsesi.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə iyunun 2-də 14-cü məhəllənin ərazisində 3 nəfərin H.Z.Tağıyev qəsəbə sakini F.Ağammədovun 237 manat pulunu açıq talama yolu ilə alması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Kimyaçılar qəsəbə sakinləri A.Əliyeva, T.Paşayev və oğlu müəyyən edilərək saxlanılıblar.