Azərbaycanda tanınmış alim vəfat etdi – FOTO

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşı vəfat edib.

Gununsesi.info xəbər verir ki, Geologiya üzrə fəlsəfə doktoru Aliyə Babazadə 82 yaşında dünyasını dəyişib.

O, həmçinin Mikropaleontologiya şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Aliyə Babazadə Azərbaycanın əməkdar mühəndisi “Tərəqqi” medalı ilə təltif olunub.

Gununsesi.info