Azərbaycana dost olan hökumət başçısı vəzifəsindən getdi

İsraildə hökuməti qurma vəzifəsi tapşırılan “Yeş Atid” partiyasının lideri Yair Lapid yeni koalisya hökuməti qurduğunu bildirib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, “Yeş Atid” partiyasının lideri Yair Lapid yeni hökuməti qurduğu ilə bağlı İsrail prezidentini məlumatlandırıb.

Hökumətdə “Yamina” partiyasının lideri Naftali Bennet 2 il müddətinə baş nazir vəzifəsini yerinə yetirəcək. 2 il sonra isə vəzifə dəyişikliyinə əsasən, “Yeş Atid” partyasının sədri Yair Lapid baş nazir olacaq.

Qeyd edək ki, İsrailin hazırkı baş naziri Benyamin Netanyahu 12 ildirki hakimiyyətdə idi.