Avropada yetkinlik yaşına çatmayanların vaksinasiyasına başlanılıb

  • By admin
  • 03 İyun 2021 19:44

Avropada yetkinlik yaşına çatmayan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.

Bu barədə “Euronews” məlumat yayıb.

Vaksinasiya prosesində “Pfizer/BioNTech” şirkətinin hazırladığı peyvənddən istifadə olunacaq. Proses artıq iyunun 1-dən İtaliya və Rumıniyada start götürüb.

Fransada isə iyunun 15-dən başlanılacaq prosesdə əsas meyar kimi valideynlərin razılığı götürüləcək.

Gununsesi.info