Rusiyada DƏHŞƏT: Keçmiş polis işçisi sakinləri ATƏŞƏ TUTDU

Rusiyanın Yekaterinburq şəhərində keçmiş polis işçisi yaşadığı evin eyvanından sakinlərə atəş açıb.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə bölgənin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Bildirilir ki, atəş nəticəsində bir azyaşlı qız və silahlı qurumun işçisi yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Xüsusi əməliyyat keçirilib, atəş açan şəxs saxlanılıb. İstintaq aparılır.

Gununsesi.info