Stoltenberq Türkiyə parlamentinin İsveçlə bağlı qərarına münasibət bildirdi

Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzvlüyünü təsdiq etməsini alqışlayıram.

Gununsesi.info TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq deyib.

“Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzvlüyünü təsdiq etməsini alqışlayıram. İnanıram ki, Macarıstan da milli təsdiq prosesini ən qısa zamanda başa çatdıracaq”, – deyə baş katib bildirib.

Xatırladaq ki, dünən İsveçin NATO-ya üzvlüyü TBMM-də təsdiqlənib.

 

 

Gununsesi.info