
İngiltərədə Kerri Barnes adlı qadın ruhi xəstələrə kömək edən bir yardım fonduna pul toplamaq üçün bikinidə velosiped sürərək pul yığıb. Dondurucu soyuq və insanların qəribə baxışları altında velosiped sürən Kerri, bir neçə saat ərzində təxminən 1000 dollar pul toplayıb.
Gununsesi.info xəbər verir ki, qadına velosiped sürərəkən nələr hiss etdiyi sual verildikdə o, “Hava çox soyuq idi, ancaq insanlar üçün bir şeylər edə bildiyimi görmək içimi isitdi” deyib.
Dostlarının, ailəsinin və iş yoldaşlarının ona çox böyük dəstək verdiklərini söyləyən Kerri, hər zaman xeyirxah olmaq lazım olduğunu, səmimiyyət və xoş münasibətin həyat xilas edəcəyini söyləyib.
