Şəhidlərimizlə bağlı həştəq “Twitter”də trend oldu

  • By turana
  • 04 Dekabr 2020 21:57

Bu gün Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Tvitterdə #VictoriousAzerbaijanHeroes həştəqi ilə paylaşımlar edilib.

Twitter istifadəçiləri öz ətrafında olan, tanıdıqları şəhidlərimizin şəkilərini, onlar haqqında qısa məlumat paylaşıblar. Bir istifadəçi azı 10 şəhid barədə paylaşım edib. Bundan başqa, hər tvitter istifadəçisi azı 10 şəhid fotosunu bəyənərək retweet edib.

Bu həştəq saat 12:00-dan sonra dünyada lider olub. Ümumilikdə sözügedən həştəqlə 178 min paylaşım edilib.

Gununsesi.info