Çinin kosmik gəmisi ayda

  • By turana
  • 01 Dekabr 2020 22:14

Çinin Ayın səthindən nümunələr götürmək üçün göndərdiyi “Çanye-5” kosmik gəmisi uğurla eniş edib.

Gununsesi.info bildirir ki, bu barədə sözügedən ölkənin yerli xəbər agentlikləri məlumat yayıb. Kosmik gəminin yerin peykindən qaya nümunələri toplamaq üçün göndərildiyi bildirilir. “Çanye-5”in ayın əvvəlcədən təyin edilmiş yerinə müvvəffəqiyyətlə endiyi də qeyd edilib. Aparat yerə iki kiloqramlıq nümunə gətirəcək. Qeyd edək ki, “Çanye-5”in 4 modulu nobarın 24-də ölkənin Haynan əyalətində yerləşən “Vınçang” qərargahından atılıb. Çin 2019 – cu ildə də ayın qaralıq səhtinə “Çanye-4” endirmişdi. Bunula da Çin ayın qaranlıq səthinə robot göndərən ilk ölkə kimi tarixə düşüb.

Gununsesi.info