Ceyms Bondun istifadə etdiyi tapança rekord qiymətə satıldı

  • By turana
  • 05 Dekabr 2020 12:23

1962-ci ildə çəkilmiş “Doktor No” filmində Şon Konnorinin canlandırmış olduğu 007 nömrəli agent Ceyms Bondun istifadə etdiyi tapança hərracda 256 min ABŞ dollarına satılıb.

Gununsesi.info bildirir ki, bu barədə Rusiya yerli KİV-ləri məlumat verib.

Lotun ilkin dəyəri “Julien’s Auctions” hərrac evinin qiymətləndirməsinə görə 150-200 min ABŞ dolları arasında olub.

Söhbət “Walther PP” tapançasından gedir. Fanatlar bilir ki, Ceyms Bond məhz “Doktor No”da “Beretta”dan “Walther PP”yə keçib. Çünki Mi-6 “Beretta”nın yenidən uğursuz ola biləcəyindən narahat idi.

O vaxtdan bəri “Walther” tapançası məşhur agentin əsas silahına çevrilib.

Qeyd edək ii, dünyaca məşhur Şon Konnori oktyabrın 31-də 90 yaşında vəfat edib.

Gununsesi.info