PKK-ya qarşı əməliyyat - 4 terrorçu MƏHV EDİLDİ

PKK terror təşkilatına qarşı başladılan yeni “İldırım-16” Sehi Meşələri əməliyyatında kəşfiyyat və nəzarət vasitəsilə aşkarlanan 4 terrorçu məhv edilib.

Gununsesi.info xəbər verir ki, Bitlisdə 2 min 571 şəxsi heyətin iştirak etdiyi əməliyyatda terror təşkilatının tamamilə yox edilməsi planlaşdırılır.

Qeyd edək ki, iyulun 13-dən indiyədək “İldırım” əməliyyatlarında 148 terrorçu zərərsizləşdirilib.

Gununsesi.info