
Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu silahlı üsyan başladan Vaqner əsgərlərinə çağırış edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Şoyqu Rostov şəhərini mühasirəyə alan əsgərlərə çağırış edərək onları hüquq-mühafizə orqanları ilə əlaqəyə girməyə səsləyib.
“Priqojin və tərəfdarlarının etdikləri silahlı üsyandır. O, Vaqner savaşçılarını öz cinayət macərasına sürükləyir. Hər kəsin təhlükəsizliyi zəmanət altınıdadır”.
Xatırladaq ki, Rusiyanın təhlükəsizlik şirkəti Vaqnerin qurucusu Priqojin Müdafiə Naziri Şoyqunu Vaqnerə hücum gerçəkləşdirməkdə ittiham edərək üsyan başladıb.