SON DƏQİQƏ: Ermənistan MN Hadrutdakı təxribatı təsdiqlədi

  • By turana
  • 12 Dekabr 2020 13:07

Erməni silahlı birləşmələrinin Hadrud istiqamətində törətdiyi təxribat zamanı düşmənin üç hərbçisi xəsarət alıb.

Gununsesi.info bildirir ki, bu barədə Ermənistan KİV-ləri Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, dekabrın 11-də saat 20:40 radələrində Hadrutda atışma olub, nəticədə üç erməni hərbçi yaralanıb.

Xatırladaq ki, ötən gün haqqin.az saytı Hadrutda ermənilərin azərbaycanlı hərbçilərə qarşı silahlı təxribat törətdiyi, nəticədə bir hərbçimizin yaralandığı barədə məlumat yaymışdı.

 

Gununsesi.info