
ABŞ prezidenti Donald Tramp hər fürsətdə prezident seçkilərində saxtakarlıq olduğunu iddia edərkən, vəkili Rudy Giuliani sözügedən iddiaları dəstəkləyən görüntülər paylaşıb.
Gununsesi.org xəbər verir ki, Giuliani 3 noyabrda baş tutan prezident seçkilərində Georgia əyalətindəki seçki məntəqəsindəki səslərin oğurlandığı ilə bağlı bir video yayımlayıb.
Senatın Məhkəmə Komitəsinə təqdim edilən video-görüntüdə seçki məntəqəsindəki işçilərin masanın altından içərisində 24 min səs olan dörd qutu çıxararaq saydıqları görülüb. Təkcə bir məntəqədə bu qədər böyük sayda saxtakarlığın olması böyük təəccüb yaradıb.
Giuliani isə açıqlamasında, “Bu video seçkilərdəki saxtakarlığı açıq şəkildə ortaya qoyur” deyib.