190 manatlıq birdəfəlik yardım kimləri əhatə edəcək? – RƏSMİ

  • By arzu
  • 08 Dekabr 2020 17:14

“Xüsusi karantin rejiminin ölkə üzrə tətbiqinin sosial-iqtisadi təsirləri var. Əvvəlki dövrlərdə olduğu kimi, bu dövrdə də 600 min nəfərə 190 manat birdəfəlik həcmdə maliyyə yardımı göstəriləcək”.

Gununsesi.org-un verdiyi məlumata görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

O qeyd edib, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş xüsusi tədbirlər planına uyğun olaraq zərərçəkmiş sahibkarlara da müvafiq yardımlar göstəriləcək.

 

Gununsesi.org