Sobyanin yenidən Moskva meri seçildi

Sergey Sobyanin yenidən Moskva şəhərinin meri seçilib.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Mərkəzi Seçki Komissiyası yayıb.

Səslərin 100 faizinin hesablanması nəticələrinə əsasən, Sobyanin 76,39 faizini (2 499 114 səs) toplayıb.

İkinci pillədə 8,11 faiz səslə Leonid Zyuqanov, üçüncü pillədə isə 5,61 faizlə Boris Çernışev qərarlaşıb.

Qeyd edək ki, sentyabrın 8-10-u Rusiyanın 85 regionunda şəhər, vilayət rəhbərliyinə və regional parlamentlərə seçkilər keçirilib. Moskvada isə mer seçkiləri təşkil edilib.

Xatırladaq ki, S.Sobyanin 2010-cu ilin oktyabrından Moskva şəhərinin meridir.

 

Gununsesi.info