
Ukraynanın paytaxtı Kiyev gecə boyunca Rusiyanın dron hücumlarının hədəfi olub.
Gununsesi.info xəbər verir ki, Ukrayna ordusunun açıqlamasına görə, hava müdafiə sistemi şəhərə atılan 32 drondan 25-i zərərsizləşdirib.
Reuters agentliyi xəbər verir ki, Kiyev və ətraf əyalətlərində azı beş partlayış səsi eşidilib.
Kiyevin hərbi administrasiyasının rəhbəri Serhiy Popko bildirib ki, dronlar şəhərə qruplar şəklində və müxtəlif istiqamətlərdən atılıb.
Şəhərin qubernatoru Vitali Kliçko isə hücum nəticəsində azı bir nəfərin yaralandığını, Podil bölgəsində yerləşən parkda yanğın baş verdiyini açıqlayıb.
Rusiya rəsmiləri hələlik bu barədə açıqlama verməyiblər.
Artıq bir müddətdir ki, Rusiya ordusu Ukrayna ərazisinə gecə saatlarında hücum edir. Ukrayna rəsmilərinin açıqlamasına görə, sentyabrın 6-da Kostiantynivka şəhərinə edilən hücum 17 nəfərin ölümünə səbəb olub.
Gununsesi.info