
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu V-22 Osprey hərbi helikopteri Avstraliya sahillərində qəzaya uğrayıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 11:00-da Melvil adası yaxınlığında Avstraliya, ABŞ, İndoneziya, Filippin və Şərqi Timordan olan şəxsi heyətin iştirak etdiyi “Predators Run” təlimləri zamanı baş verib.
Helikopterin qəzaya uğraması nəticəsində azı 23 ABŞ dəniz piyadası yaralanıb.